XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2019 - 15:54

İsveç XİN-in başçısı:“İsveç “erməni soyqırımı”nı tanımır”

İsveçin xarici işlər naziri Marqot Valström mətbuat konfransında jurnalistlərə bildirib ki, 1915-ci ilin hadisələrini “soyqırım” kimi tanımaq çox çətin olacaq.

Bunu Valström jurnalistin İsveç hökumətinin “erməni soyqırımı”nın tanınması haqqında qanunu təsdiqləyib-təsdiqləməyəcəyi barədə sualına cavab olaraq deyib.

“Ölkəni soyqırımında ittiham etmək üçün qəti sübutlar lazımdır”, – xarici işlər naziri bildirib və xatırladıb ki, 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərin daxil olduğu xüsusi komissiya yaradılıb.

İsveç XİN başçısının sözlərinə görə, bu gün həmin problem üzrə nəticələr əldə etmək çox çətindir, belə ki, hadisələrin şahidlərindən sağ qalanı yoxdur: “Bəzi ölkələr bunu “soyqırımı” kimi tanıyıb. Məncə, bu, qeyri-sağlam vəziyyətdir, çünki bu cür qərardan sonra müvafiq addımlar da atılmalıdır. Bu, sizi əbədilik bağlayır”. /Virtualaz.org