XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2019 - 09:41

Xələf Xələfov:"Avqustda Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək"

“Azərbaycan və Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin növbəti baxışının keçirilməsi üçün hələ vaxt təyin olunmayıb, bu barədə müzakirə aparırıq”.

Bunu APA-ya açıqlamasında Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfovun sözlərinə görə, avqust ayında ekspertlərin növbəti baxışı təşkil olunacaq: “Ekspertlər razılaşdırılmamış hissələrə baxış keçirəcək, sənədləri bir daha araşdıracaq, ümumi təklifləri hazırlayıb təqdim edəcəklər. Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti iclasının tarixlərini müəyyən edəcəyik”.