XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2016 - 08:28

“Natiq Kərimov ittiham olunduğu maddə üzrə özünü qismən təqsirli bilir” – [color=red]Vəkil

"Nardaran sakini, qəsəbənin Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ittiham olunduğu maddə üzrə özünü qismən təqsirli bilir".

Strateq.az xəbər verir ki, bunu modern.az saytına onun hüquqlarını müdafiə edən Əyyub Ələkbərov məlumat verib. Vəkil N.Kərimovla yanvar ayının 11-də görüşdüyünü bildirib:

“Onunla görüşdük. Səhhəti, saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur”.

Ə.Ələkbərov müvəkkilinin ittiham olunduğu maddə üzrə özünü təqsirli bildiyini açıqlayıb:

“Onunla söhbətimiz zamanı ittiham olunduğu maddə üzrə özünü qismən təqsirli bilir”.

Hüquqşünas apelyasiya şikayətinin verilməsi ilə bağlı son sözü Natiq Kərimovun deyəcəyini vurğulayıb: 

“Bu, onun özündən, öz istəyindən asılıdır. Əgər istəsə, apellyasiya şikayəti verəcəyik. Amma bir daha deyirəm, şikayətin təmin olunmayacağını bilirik”.

Qeyd edək ki, Ə.Ələkbərov dövlət tərəfindən təyin edilmiş vəkildir.

Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli bilinərək 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.