XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 11:57

Müsavat başqanının müavini son sözdən imtina etdi – Hökm oxundu

Müsavat başqanının həbsdə olan müavini Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, başqan müavini son söz deməkdən imtina edərək yalnız bunu deyib: “Qanunların ayaq altına atıldığı məhkəmədə son söz demək, sifariş verənlər üçün şərəf olar”.

Qeyd edək ki, aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi. F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

Müdafiə tərəfi ittihamı əsassız sayır. Fərəc Kərimlinin siyasi sifarişlə həbs olunduğunu bildirir.