XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

13 Yanvar 2016 - 13:51

“Vətəndaş, millət vəkili kimi istərdim ki…” -[color=red] Vitse-spikerdən aksiyalara reaksiya

Ölkədəki bahalaşmaya etiraz əlaməti olaraq Siyəzən, Ağsu, Fizuli rayonlarında sakinlər bu gün etiraz aksiyaları keçiriblər. Analoji hal dünən Lənkəranın Liman şəhərində, Ağcabədidə də yaşanıb.

Milli Məclis sədrinin müavini, 84 saylı Füzuli seçki dairəsinin deputatı Bahar Muradova modern.az saytına açıqlamasında rayonda yaşanan hadisələrdən xəbardar olduğunu deyib. O qeyd edib ki, respublikanın bir neçə rayonunda son istisadi proseslərlə bağlı vətəndaşların bəzi narahatçılıqları var:

"Onlar bunu müvafiq qurumların diqqətinə çatdırmaq üçün toplaşıblar və bütün rayonlarda, o cümlədən Füzulidə müvafiq dövlət qurumlarının, İcra hakimiyyətlərinin rəhbərləri narazı kütlənin nümayəndələrilə görüşüblər, fikirləri dinlənilib, mövqeləri öyrənilib. Narahatlıqlarına səbəb olan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcəyi ilə bağlı onlara mövqe bildirilib.

Mənim məlumatıma görə, artıq hansısa narahatlıq doğuran məqam qalmayıb, məsələlər yoluna qoyulub, insanlar evlərinə dağılışıb. Hesab edirəm ki, problem həllini tapıb. Bu  müddət ərzində rayon rəhbərliyi, müvafiq şəxslər, o cümlədən bu məsələnin həlli ilə məşğul olan müvafiq dövlət qurumları ilə əlaqə saxlamışıq, insanların narahatlığına səbəb olan hallar müzakirə olunub, onlar aradan qaldırılıb”.

Vitse-spiker vurğulayıb ki, iqtisadi cəhətdən problemlər yarandığı vaxtda insanların reaksiyası müxtəlif cür ola bilər: 

“Bəziləri sakit, səbrli, bəziləri nisbətən həyacanlı münasibət bildirə bilər. Bütün bunlar normaldır və həmin hallara qeyri-təbii hərəkət kimi baxmırıq. Vətəndaşlar qanun çərçivəsində müxtəlif, o cümlədən iqtisadi məsələlərlə bağlı fikir bildirə bilərlər və bildiriblər. Vətəndaş, millət vəkili kimi istərdim ki, cənab prezidentin problemlərin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlar zamanında yerirnə yetirilməsi üçün müvafiq qurumlar addımlar atdığı kimi, özəl təşkilatlar da, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də bu işlərdə özlərini kənarda saxlamasınlar”.

 B.Muradova qeyd edib ki, problemin həllinə hər kəs imkanı daxilində kömək göstərməlidir: 

“Vətəndaşlar da bu vəziyyəti müəyyən anlayışla qarşılamağa çalışmalıdırlar. Bahalaşma təkcə Azərbaycanın problemi deyil. Dünyada gedən proseslərin Azərbaycana təsirindən doğan nəticədir. Azərbaycan höküməti, cənab prezident hər zaman olduğu kimi, indi də xalqın marağında olan məsələlərə çox yüksək şəkildə diqqət göstərir. Ölkə başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında da açıq, kəskin və qətiyyətli münasibətini bildirdi, müvafiq qurumlar qarşısında ciddi tələblər qoydu. O cümlədən ictimai nəzarətin gücləndirilməsi, onların effektli mexanizmlərinin tapılması ilə bağlı ciddi tapşırıqlar verdi. Hər kəs bunda öz nəticəsini çıxarmalı və aidiyyatı qurumlar fəaliyyət göstərməklə yanaşı, dövlətin ictimai stabilliyinin qorunmasında məsuliyyətli olmalıdır. Hər kəs bu işə vətəndaş məsuliyyəti ilə yanaşmalıdır”.