XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 17:51

“Dərhal həbsdən buraxılsın!” – Müsavat Partiyası bəyanat yaydı
Müsavat Partiyası Partiya başqanının müavini Fərəc Kərimlinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat yayıb.
Strateq.az həmin bəyanatı təqdim edir:
“Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi hakimiyyət tərəfindən şərlənərək həbs edilən, vicdan məhbusu Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli haqqında heç bir qanuni əsas olmadan ağır cəza 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökm çıxarıb.
Dəlil və subutlara əsaslanmayan bu hökm Azərbaycanda ədalət mühakiməsi sisteminin mövcud olmadığını bir daha təsdiq edib.
Müsavat Partiyası məhkəmənin siyasi sifariş əsasında qəbul etdiyi bu qərarı hakimiyyətin repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşları siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq üçün daha bir cəhd kimi qiymətləndirir.
Məcburi köçkün həyatı yaşamağa məcbur olan, gənc siyasətçi Fərəc Kərimliyə qarşı həyata keçirilən bu haqsızlıq Azərbaycan hakimiyyətinin fərqli düşünənlərə qarşı amansız münasibətini nümayişidir.
Müsavat Partiyası siyasi motivli həbslərə və məhkəmə hökmlərinə son qoyulmasını, vicdan məhbusu Fərəc Kərimlinin və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir”.