XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 18:10

Deputat Qüdrət Həsənquliyev:"Aİ, ABŞ, Kanada, İsrail, İran, Yaponiya ilə də viza rejimi ləğv edilsin"

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə ilə viza rejiminin aradan qaldırılmasını alqışladığını bildirib.

Strateq.az xəbər verir ki, BAXCP sədri bir sıra ölkələrlə də viza rejiminin ləğv ediləcəyinə ümid bəslədiyini deyib:

“Ümid edirəm ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejimi aradan qaldırılacaq.

Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz tövhəsini verəcək. Qoy hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çoxmədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi iddialarını alt-üst etmiş olarıq”.