XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2016 - 10:41

“Etikalı danışmaq məmurların borcu və vəzifəsidir” -[color=red] Deputat

Biləsuvar rayonundakı Cəbrayıl köçkün qəsəbələrində yaşayan bir qrup sakinin yanvarın 13-də süni qiymət artımı əleyhinə keçirdiyi etiraz aksiyasından çəkilən video hələ də sosial şəbəkədə və mediada müzakirə olunmaqdaddır.

Müzakirələrə səbəb isə etirazçıların davranışı deyil, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin hərəkətləridir. Onun köçkünləri təhqir etməsi xeyli rezonans doğurub.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev icra başçısının yaranmış gərgin vəziyyətdə əsəblərinə hakim ola bilmədiyini qeyd edərək, bunun mətbuatda şişirdilməsinin tərəfdarı olmadığını bildirib: 

“İndi gərgin bir dövrdür, hamı əsəbidir. Cəbrayılın icra başçısı özü də köçkündür. Daim torpaqlarından didərgin düşən insanlarla təmasdadır. Ona görə də mən bu məsələyə xüsusi qiymət vermək istəmirəm. “Dövlət qulluçusunun peşə etikası kodeksi” var. Dövlət qulluqçusunu, məmuru işə təyin edən rəhbərlər var, onlar özləri bilərlər nə edərlər. Belə məsələləri gəlin gərgin bir dövrdə hallandırmayaq. Mən özüm də bu xəbərləri saytlardan oxudum. Təbii ki, icra başçısının hərəkələrini və eyni zamanda bu məsələyə kənardan başqa formalarda verilən şərhləri bəyənmirəm”.

Musa Quliyev məmurun vəzifə məsuliyyəti ilə yanaşı, mənəvi məsuliyyətinin də olduğunu vurğulayıb: “İstənilən halda ilk növbədə insan öz davranışına hər zaman diqqət etməlidir. Dövlət dövlət qulluqçusu, əgər onu vəzifəyə təyin edib etimad göstəriblərsə, belə məsələlərdə daha çox diqqətli olmalıdırlar. Qanun çərçivəsində və etikalı danışmaq məmurların borcu və vəzifəsidir. Bu, birmənalıdır. Digər tərəfdən, istər məmur, istərsə də rəhbər şəxs olsun, ona tapşırılan vəzifə ilə yanaşı, mənəvi və vicdan məsuliyyətinə də malik olmalıdır. Hər kəs emosiyalarını cilovlasa,  yaxşı olar. Amma istənilən anda biz indiki gərgin vəziyyətdə müəyyən məsələlərə təpki verərək, bəzi strukturların işlərini poza bilərik. O insan ola bilsin ki, əsəbi vəziyyətdə olub. Ən yaxşı variant olar ki, indi icra başçısı çalışsın ki, həmin adamın kölnünü  alsın. Bu məsələlərin şişirdilib mübahisələrə çıaxarılmasının tərəfdarı deyiləm”.

Modern.az