XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 23:47

Zahid Oruc:"Cəmiyyətin dövlət quruculuğu işinə fəal cəlb edilməsi əsas işimiz olacaq"

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi  ilə görüş keçirilib.

STM-dən Strateq.az-a verilən məlumata görə, görüşdə ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak ediblər.

Görüş zamanı STM İdarə Heyətinin sədri,  millət vəkili Zahid Oruc rəhbərlik etdiyi Mərkəzin   missiyası, qarşısında duran vəzifələri, fəaliyyət istiqamətləri  və formalaşmaqda olan yeni kollektivi haqda ətraflı məlumat verib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı  ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Mərkəzin yaradılması haqda qərar verib: “Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmlən dirilməsinin  başlıca istiqamətlərindən olan ictimai rəy   institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri edib. İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi  STM-nın görəcəyi işlərin əsas xəttini təşkil edəcəkdir”.

 Qonaqları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyətinin qurulmasının çətin, eyni zamanda şərəfli məsələ olduğunu vurğulayıb. Bu sahədə ADA-nın yeni yaradıldığı vaxtdan keçdiyi yol və əldə etdiyi təcrübə haqda fikirlərini bölüşüb. Bütün sahələrdə olduğu kimi əsas məsələlərdən birinin- peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının  olduğunu xatırladıb.

 Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq, ictimai rəyi öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan, kadrların hazırlanmasında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. ADA-da təhsillə bağlı sosioloji sorğulara mühüm əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili   ictimai rəy sorğularının keçirildiyini diqqətə çatdırıb.

Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə,  ixtisas seçiminin müəyyən edilməsində təhsil (məktəb) mühitinin rolunun əvəzsiz olduğunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla,  ilk növbədə-istedad və qabiliyyətləri aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşması olduğunu  vurğulyıb.  ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin  həyata keçirilməsini də tövsiyə edib.

Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırdı, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda STM rəhbəri Z. Oruc qəbul üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirdi və görüşdə səslənən fikirlərin, birgə tədqiqat layihəsi haqda tövsiyələrin Mərkəzin işi üçün çox dəyərli olduğunu qeyd edib.

ADA Universitetinin rektoru Hafiz Paşayev yeni yaranan Mərkəzə fəaliyyətində  uğurlar arzulayıb.