XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

27 İyul 2019 - 16:05

ABŞ prezidentliyinə namizəd qondarma “erməni soyqırımı”nı tanıyacaq –Açıqlama

ABŞ prezidentliyinə namizəd senator Berni Sanders qondarma “erməni soyqırımı”nı tanıyacağını bəyan edib.

Bu barədə B. Sanders Los Ancelesdə media nümayəndələri ilə görüş zamanı bildirib.

O qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə baş verən hadisələrlə bağlı “soyqırımı” ifadəsini istifadə edəcək.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd B. Sanders senatorlar Bob Menendez və Ted Kruz tərəfindən irəli sürülən qondarma “erməni soyqırımı” qətnaməsini dəstəkləyənlərdən biridir.

Berni Sanders Demokratlar Partiyasının üzvüdür.  /APA