XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2019 - 11:15

İran TŞ:Fars körfəzində təhlükəsizlik tədbirləri region ölkələri tərəfindən hazırlanmalıdır

Fars körfəzində beynəlxalq gəmiçiliyin təhlükəsizliyin təmin olunması üzrə tədbirlər bütün region ölkələri tərəfindən sıx əməkdaşlıqda hazırlanmalıdır.

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Tehranda Omanın XİN rəhbəri Yusif bin Ələvi bin Abdullah ilə görüşü zamanı deyib.

Ə.Şamxani bildirib: “Əgər belə tədbirlər xarici dövlətlər tərəfindən hazırlanarsa, o zaman bu yalnız problemləri artıracaq”.

Admiralın sözlərinə görə, İran öz qonşuları ilə qarşılıqlı anlaşma və dialoqun qurulması xəttinə qəti əməl edir: “Lakin bəzi region dövlətləri tələsik addımlar atıblar və böhranın idarə olunması imkanını ciddi təhlükə altına qoyublar”.

Omanlı nazir öz növbəsində Fars körfəzi regionunun bütün ölkələrini təmkinli olmağa çağırıb. /Trend