XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2019 - 11:19

“Kommersant”:Rusiyanın Ermənistandakı keçmiş səfiri Lavrova müavin təyin ediləcək

Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Bolınkin Ruisya xarici işlər nazirinin müavini təyin ediləcək.

Bu məlumatı “Kommersant” yayıb.

O, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin yerinə təyin olunacaq.

Qeyd edək ki, İvan Volınkin 1959-ci il martın 11-də anadan olub. O, hazırda Rusiya Xairic İşlər Nazirliyinin Konsulluq İdarəsinin direktoru vəzifəsində işləyir. İ.Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsititutunu bitirib. 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. O, Rusiya və keçmiş SSRİ-nin Serbiya, Yuqoslaviya, ABŞ, Çernoqoriya, Gürcüstan və Makedoniyadakı səfirliklərində və nümayəndəliklərdə müxtəlif vəzifələri tutub. 2009-2013-cü illərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun köməkçisi, 2013-2018-ci illərdə Rusiyanın Ermənistandakı səfiri vəzifəsində çalışıb/Report.