XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2019 - 09:45

ABŞ dövlət katibi:“Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

“Necə olur-olsun, Hörmüz boğazını bağlanmağa qoymayacağıq”

Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Vaşinqton İqtisadiyyat Klubunda media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, rəsmi Vaşinqton körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün nəzərdə tutulan koalisiyanın yaradılmasına çalışır.

Pompeo əlavə edib ki, ABŞ Oman dənizinin də bütün dəniz keçidlərini açıq saxlayacaq.

Onun sözlərinə görə, sözügedən dənizdə təhlükəsizliyin təmin edilməsi üçün proqram hazırlanacaq.

Dövlət katibi digər ölkələrin tezliklə ABŞ-ın təklifini qəbul edərək bu proqrama qoşulacağına inandığını vurğulayıb. /APA