XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 15:25

Rəsmi Vaşinqtonun Türkiyəyə “yox” deməsində İsrail barmağı:ABŞ administrasiyası ilə danışıqlar aparıblar

ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmaqdan imtina etməsində İsrailin əli var. 

Bu haqda “The Times of İsrael” “Channel 12” telekanalına istinadən məlumat yayıb.

Kanalın yaydığı xəbərə görə, son aylar ərzində İsrail rəsmiləri ABŞ administrasiyası ilə danışıqlar aparıblar.

Onların məqsədi ABŞ-ı Türkiyəyə F-35 qırıcıları satmaqdan çəkindirmək olub.

Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəyə F-35 satmaqdan imtina edib. Buna səbəb kimi isə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması göstərilib. /Oxu.az