XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2019 - 18:41

Leyla Abdullayeva:"Ermənistanın XİN rəhbəri “sabitlik” sözünün mənasını düzgün başa düşmür"

Ermənistanın xarici işlər naziri “sabitlik” sözünün mənasını düzgün başa düşmür.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz “Twitter” səhifəsində Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanın Ermənistanı “sabitlik adası” adlandırmasını şərh edərkən deyib.

L.Abdullayeva erməni nazirin bu sözü düzgün anlamadığını vurğulayıb:

“Başqa dövlətin torpaqlarını işğal altında tutan və etnik təmizləmə aparan təcavüzkar necə “sabitlik adası” ola bilər? İlk növbədə beynəlxalq hüquqa hörmət etmək lazımdır!”