XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Avqust 2019 - 14:32

Musavatçı Azad Həsənov azadlığa buraxılıb- Məhkəmə qərarı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatdığı elan olub.

Prokuror çıxış edərək məhkəmədən Azad Həsənovun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) maddəsinin 234.1-ci (şəxsi istehlak miqdarından artıq narkotik maddəni əldə etmə) maddəsinə tövsif edilməsini və onunn1 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

A.Həsənovun vəkili Osman Kazımov çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Azad Həsənov məhkəmədə son söz deyərən narkotik ittihamını qəbul etmədiyi və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb. Azad Həsənov barəsində 6 aylıq sınaq müddəti seçilib.

Qeyd edək ki, A.Həsənov 2018-ci il oktyabrın 10-da Litvadan Azərbaycana qayıdıb və oktyabrın 11-də həbs olunub.

A.Həsənov Müsavat Partiyasının üzvüdür.