“Fərat çayının şərqində Türkiyənin həyata keçirmək istədiyi hərbi əməliyyatlar qəbuledilməzdir”.
Bunu ABŞ-ın müdafiə naziri Mark Esper bildlrib.
“Suriyanın şimalında həyata keçiriləcək istənilən birtərəfli əməliyyat qəbul ediməzdir. Ankara ilə anlaşacağımıza ümid edirəm. Görcəyimiz iş budur: ABŞ, Türkiyə və Demokratik Suriya Qüvvələrinin (terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qollarının yaratdığı silahlı qruplaşma – red.) Suriyanın şimalında ortaq maraqlara zərər verəcək birtərəfli sərhədboyu addımların atılmasına mane olmaq”, – deyə müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Ankara Fərat çayının şərqində yerləşən və ABŞ-ın himayə etdiyi terrorçu PKK qruplaşmasının qollarının həmin bölgədən çıxarılmasını, Suriya ilə Türkiyə arasında 32 km-lik təhlükəsizlik bölgəsinin yaradılmasını tələb edir. ABŞ isə həmin ərazidə təhlükəsizlik bölgəsinin 3 km. olmasını təklif edir. /Report