XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2016 - 16:14

Fazil Mustafadan maraqlı təklif: [color=red]”Milli Məclisin bu iclası canlı yayınlanmalıdır”

"Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı keçirilən müşavirədə kifayət qədər ciddi islahat anonsları verilib. Bu, olduqca təqdirəlayiqdir və bütün hallarda əhalimizin düşdüyü acınacaqlı vəziyyətdən çıxması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir".

Strateq.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bütün faydalı islahat xarakterlı addımların dəstəklənməsi hər bir məsuliyyətli siyasətçilərimizin, məmurlarımızın, iqtisadçılarımızın, sahibkarların, digər kateqoriyadan olan insanlarımızın vətəndaşlıq borcu kimi qəbul olunmalıdır: "Bununla belə, bəzi tələsik və riskli iqtisadi qərarların alınmaması üçün, yanlış yanaşmaların dərhal dayandırılması üçün qanunverici orqanın da bu müzakirə mühitinin içində yer alması ümumi işimizin faydasına olardı. Çünki bir çox hallarda hökumətin səhv addımlarının hədəf taxtasına əsaslı-əsassız qanunverici orqanın təmsilçiləri də çevrilir. Söyləyirlər ki, niyə insanların qarşısına çıxmırsınız, niyə problemlərlə maraqlanmırsınız və s. Hansısa bank özbaşınalığına, MTN özbaşınılığına, vergi özbaşınalığına, idxal-ixrac labirintinə, hüquq-mühafizə orqanlarının bir sıra nöqsanlarına hansısa formada müdaxilə etmək imkanımız olmadığı halda, siyasi və iqtisadi xarakterli islahatlarla bağlı təkliflərimiz dəyərləndirilmədiyi halda, ölkəmizin gələcəyi ilə bağlı təhlükələrin qarşısını almaqda hansısa kömək imkanına sahib olmuruq. Ona görə də prezidentin keçirdiyi bu müşavirədən sonra Milli Məclisin ayrıca iclasında da mövcud iqtisadi vəziyyət açıq şəkildə müzakirə olunmalı və canlı yayımla insanlarımıza çatdırılmalıdır ki, insanların problemlərlə bağlı təşəbbüskarlığı artsın və ümidsizliklər azalsın. Həm də görsünlər ki, həqiqətən deputatların içində də onların vəziyyətinə laqeyd olmayan və ağıllı çözüm yolları göstərən xeyli insanlar var".