XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Avqust 2019 - 10:26

Fransalı ekspert:"Paşinyanın Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir"

“Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir”.

Bu fikirləri “Report”a Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

“Məsələnin hüquqi tərəfinə gəldikdə, bu səfər sözsüz ki, beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ işğal olunmuş ərazidir. Bunu artıq hamı bilir”, – ekspert qeyd edib.

“Paşinyan Azərbaycan prezidenti ilə danışıqlar zamanı qaldırılan məsələrlərin reallaşdırılması üçün öz qətiyyətini sözdə deyil, əməldə göstərməlidir. Bunun üçün də o, Dağlıq Qarabağdakı separatçılara təsir göstərməlidir”, – Emmanuel Dupuy bildirib.