XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 08:04

Novella Cəfəroğlu: “Washington Post”un yazmağı ilə deyil ki…”

“Sizi əmin edirəm ki, tezliklə bütün problemli məhbuslar azadlığa çıxacaq”


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın fevralın 17-də Bakıya etdiyi səfərindən və rəsmi Bakı ilə mübahisəli məsələləri həll edəcək ortaq bir qurumun yaradılması barədə razılaşmaların əldə olunması, 4 aylıq fasilədən sonra yeni səfirin fəaliyyətə başlaması ilə gərginliyin azalması gözlənilsə də, əks proseslər baş verməkdədir.
Belə ki, öncə Ağ Evə yaxın “Washington Post” qəzeti Azərbaycandakı vəziyyəti tənqid edən sərt məqalə dərc edib. “Azərbaycanda məhkəməsiz həbs olunmaq” adlanan məqalədə əsas diqqət tanınmış şəxslərin həbsinə yönəlib. Maraqlıdır ki, Azərbaycana həsr olunan bu dəfəki məqalə müəllif yazısı deyil, “Washington Post”un redaksiya yazısıdır.

Rəsmi Bakının bu məqaləyə reaksiyası da özünü çox gözlətməyib. Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” 3 mart sayında ABŞ prezidenti Barak Obamanı eyni sərtliklə tənqid edən məqalə dərc edib. “ABŞ-da məhkəməsiz həbs olunmaq” sərlövhəli yazıda Obamanın “güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirdiyi” diqqətə gətirilir.

Bəllidir ki, Azərbaycanda dünyəvi hüquq sistemi fəaliyyət göstərir və heç kim də məhkəməsiz həbs edilmir. Kimlərinsə konkret cinayət maddələrilə həbs olunmasına isə, təbii ki, dövlət başçısı məsuliyyət daşıya bilməz. Bu baxımdan da “Washington Post”un cızmaqarasında yer alan fikirləri tamamilə absurd saymaq olar. Bəllidir ki, Azərbaycan dövləti problemli məhbusların işinin araşdırılması istiqamətində səylər göstərir. Beynəlxalq qurumlarla razılaşdırılmış şəkildə Azərbaycanda problemli məhbuslarla bağlı İşçi Qrup fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, son əfv fərmanı ilə adı həmin siyahıda olan bəzi tanınmış şəxslər azadlığa qovuşub. çox güman ki, Prezidentin imzalayacağı növbəti əfv fərmanlarında problemli məhbusların adına yenidən rast gələ biləcəyik. çünki İşçi Qrupda təmsil olunan bəzi şəxslər bu istiqamətdə ciddi işlərin aparıldığı barədə dəfələrlə açıqlamalar verib. İşçi Qrup varsa, deməli, Azərbaycan hökuməti problemli sayılan məhbusların işi ilə artıq məşğuldur.

İşçi Qrupda təmsil olunan hüquq müdafiəçisi Novella Cəfəroğlu Strateq.az-a açıqlamasında bildirdi ki, onlar problemli məhbuslarla bağlı ciddi işlər aparır: “Bu, Azərbaycanın daxili işidir. Buna baxmayaraq, İlham Əliyevin Avropa İttifaqının çox yüksək rəsmisilə əldə etdiyi razılaşmadan sonra bu istiqamətdə işlər daha da sürətləndi. Nəticədə problemli məhbuslarla bağlı bizim də təmsil olunduğumuz qurum yaradıldı. Həmin Qrupda hakimiyyətin yüksək rəsmiləri də təmsil olunur. Koordinasiyalı şəkildə çalışırıq. Ortada ilkin nəticələr də var. Biz Nulandla da görüşdük. Bu günlərdə Avropadan gələn heyətlə ətraflı müzakirələrimiz oldu. Narahat olmağa dəyməz, bu, mərhələli prosesdir. “Washington Post”un yazmağı ilə deyil ki… Sizi əmin edirəm ki, tezliklə bütün problemli məhbuslar azadlığa çıxacaq”.
Məhəmmədəli QƏRİBLİ