XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 09:58

“Ölkədə vətəndaşlara kreditlər manatla verilsəydi…” – [color=red]Deputat Mərkəzi Banka irad tutdu

“Ölkədə vətəndaşlara kreditlər manatla verilsəydi, bu gün kreditlərin geri qaytarılmasında problemlər meydana çıxmazdı”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan bazarında xarici valyutadan istifadənin qarşısı alınmalıdır: “Xaricdən 1-2 milyard gətirməklə problem həll olunmaz”.

Q.Həsənquliyev iclasda iştirak edən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmova vətəndaşlara dollarla kreditlərin verilməsinin düzgün olmadığını irad tutub: "Xaricdə oxuyan azərbaycanlı tələbələrin təhsil haqqını dollarla verməsi valideynlərin problemlə üzləşməsinə səbəb olur. Çünki burada manatın dəyərdən düşməsi valideynlərin övladlarının təhsil haqqını dollarla ödəməsində çətinlik yaradır".