Parlamentin bu gün keçirilən iclası təkcə müzakirəyə çıxarılan mövzulara görə deyil, həm də qaldırılan problemlərə spiker Oqtay Əsədovun reaksiyaları baxımından da maraqlı olub.
Strateq.az xəbər verir ki, bugünkü müzkirələrdə ən çox diqqət çəkən məqamlardan biri ötən 5 ildə tez-tez söz atışmalarıyla yadda qalan spiker Oqtay Əsədovla deputat Zahid Orucun münasibətlərindəki dəyişiklik olub. Belə ki, ölkəni gözləyən böhrandan çıxış yolları barədə geniş nitq söyləyən Zahid Oruca (deputatın çıxış haqda mediada geniş məlumat verilib) spiker Oqtay Əsədov həmişəkindən fərqli münasibət göstərib.
Çxışından sonra Zahid Oruca “gələcək hökumətdə yerin yaman görünür” replikasıyla cavab verən spikerin fasilə zamanı Zahid Orucla səmimi söhbət etdiyi, yazılarına xoş münasibət ifadə etdiyi də jurnalistlərin diqqətindən qaçmayıb.