XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2019 - 16:24

Rusiya, İran və Azərbaycan liderlərinin görüşü niyə təxirə salındı?- Peskov açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 13-də keçirilməsi nəzərdə tutulan Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Peskov deyib:

“Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”.