Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü sentyabrda Ankarada olacaq.
Rusiya mətbuatının məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, görüşün Suriyanın konstitusiya komitəsinin yaradılması işlərinin yekunlaşması ilə sinxronizasiya halında baş verib-verməyəcəyindən danışmaq hələ tezdir.
D.Peskov görüş üçün hazırlıqların davam etdiyini deyib.