XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2016 - 07:18

“Sosial çətinliklərini ifadə etdiyinə görə heç kimi günahlandırmaq olmaz” -[color=red] Bahar Muradova

"Azərbaycanda bəzi insanların sosial çətinliklərini bəhanə gətirərək, ölkədəki ictimai-siyasi durumu gərginləşdirmək istəyənlərə qarşı qanunla hüquqi qiymət verilir".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, bəzi insanların sosial çətinliklərini ifadə etməsi heç də qeyri-adi qarşılana bilməz:

"Onlar bu və ya digər problemlərini qaldıra, qanunla nəzərdə tutulmuş şəkildə onları ifadə edə və müvafiq qurumlara öz tələblərini çatdıra bilərlər. Buna görə heç kəsi ittiham etmək olmaz. Amma kimlərsə bu şəraitdən istifadə edərək, öz qərəzli mövqelərini həyata keçirmək, Azərbaycandakı ictimai-siyasi durumu gərginləşdirmək, xalqla dövlət arasında, habelə dövlət və iqtidar arasında münasibətlərə xələl gətirirlərsə, əlbəttə ki, bunun öz hüquqi qiyməti var".

B.Muradova əlavə edib ki, Azərbaycan dövlətinin, onun müvafiq qurumlarının bu məsələdə mövqeyi qəti və aydındır.

Trend.az