XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 10:32

“Niyə “Qazprom”u seçdiyimizi anlamıram” – [color=red]İrakli Alasaniya

"Rusiyanın ciddi təzyiqlərinə baxmayaraq, Azərbaycan Gürcüstana qaz ixracını dayandırmadı və bizə dəstəyi davam etdirdi".

Bunu Rustavi-2 telekanalına müsahibəsində Gürcüstanın üçüncü böyük partiyası olan Azad Demokratların lideri İrakli Alasaniya söyləyib.

Onun sözlərinə görə, Tiflis-“Qazprom” danışıqları ciddi suallar yaradıb:

“Bizim öz strateji partnyorumuzdan lazımı miqdarda qaz almağımız mümkün olduğu halda niyə “Qazprom”u seçdiyimizi anlamıram. Hökumət ictimaiyyəti məlumatlandırmalıdır. Hətta ABŞ belə Tiflisin bu danışıqlarda mövqeyini anlamır. Vaşinqtonda mənə dedilər ki, Gürcüstanın öz taleyini suveren şəkildə seçmək şansı var. Hamı düşünür ki, bir vaxtlar Gürcüstanın enerji müstəqilliyinin təmin edilməsi üçün çox işlər görülüb. Şəxsən mən 2011-ci ildə Bakı-Tiflis-Ceyhan proyekti üzrə danışıqların əsas iştirakçılarından biri olmuşam. Burada Rusiya hökumətinin bu proyektlə necə savaşdığını özüm görmüşəm. Digər bir tərəfdən, Azərbaycan Gürcüstanın strateji partnyorudur. Biz gərək etibarlı partnyorumuza dəstəyimizi davam edirək”.

Axar.az