XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

19 Avqust 2019 - 16:28

Ankarada Moskva və Bakı ilə energetika əməkdaşlığı müzakirə olunacaq –avqustun 21-də

Türkiyənin Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) təşəbbüsü ilə avqustun 21-də Ankarada Türkiyə, Rusiya və Azərbaycanın energetika və nəqliyyat sahəsində əməkdaşlığı Forumu keçiriləcək.

RUSEN-in məlumatına görə, tədbir Yıldırım Bəyazıt adına Universitetdə keçiriləcək. Forumun işində hər üç ölkənin ekspert birliyinin nümayəndələri iştirak edəcəklər, onlar energetika və nəqliyyat sahələrində regional əməkdaşlığın dərinləşdirilməsi və problemlərin həlli yollarını müzakirə edəcəklər.

Rusiyalı politoloq Sergey Markov qarşıda duran forumun üçtərəfli formatının dövlətlərarası əməkdaşlıq yolundakı təhdidlərin aradan qaldırılmasında əhəmiyyətini və səmərəliliyini qeyd edib.

Bir günlük forum çərçivəsində üç sessiya təşkil ediləcək. (contact.az)