XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

19 Avqust 2019 - 20:08

Laşa Darsalia:“Gürcü və azərbaycanlı ekspertlər sərhəd komissiyasının növbəti iclası üçün material hazırlayacaqlar”

“Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya həm sənədləşmə, həm də razılaşdırılmamış sahələr üzrə iş aparır”.

Bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, bu gün ekspertlər səviyyəsində görüş keçirilib: “Ekspertlər artıq işləyirlər və bu, növbəti bir neçə gün ərzində davam etdiriləcək. Mütəxəssislər komissiyanın növbəti iclası üçün material hazırlayacaqlar. Bu mərhələdə onlar müxtəlif sənədləşmə və sərhəd yaxınlığında müvafiq çöl işləri aparacaqlar”. (Report)