XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 18:47

“Şəffaflıq Azərbaycan”ın icraçı direktoru dəyişdi –Əliməmməd Nuriyev yeni vəzifəyə seçildi

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin (İB) icraçı direktoru dəyişdirilib.

Strateq.az “Report”a istinadla xəbər verir ki, icraçı direktor Rəna Səfərəliyeva vəzifəsindən ayrılıb. O, bunu ekspert fəaliyyətilə məşğul olmaq istəməsi ilə izah edib.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin iclası keçirilib.

İdarə Heyətinin qərarına əsasən, İB-nin icraçı direktoru vəzifəsinə hüquq müdafiəçisi Əliməmməd Nuriyev seçilib.

Ə.Nuriyev bu təyinata qədər “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin üzvü olub.