Fransa Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.
«Turan» agentliyinin xəbərinə görə, bunu Fransa səfirliyindən bildiriblər. Oradan qeyd ediblər ki, yeni səfir – xarici işlər üzrə baş müşavir Zaxari Qrossdur.
Z.Qrossun əvvəl Fransa Müdafiə Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlaşdırma İdarəsində müdir müavini işlədiyi bildirilir.
2015-ci ildən indiyə kimi Fransanın Azərbaycan Respublikasında səfiri Aureliya Buşez olub.