XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2016 - 14:22

Böyük Quruluş Partiyasında qurultay toplantısı – [color=red]7 nəfərdən ibarət komitə yaradıldı

Bu gün Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti iclası keçirilib.

Strateq.az xəbər verir ki, BQP başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə edilib.

İclasda neftin qiymətinin sürətlə aşağı enməsi və əsasən xarici faktorların nəticəsində manatın kəskin devalvasiysından sonra ölkə rəhbərliyinin təşəbbüslərinə və görülməkdə olan tədbirlərə münasibət bildirilib.

Partiya sədri qeyd edib ki, büdcə gəlirlərinin nəzərəçarpacaq şəkildə aşağı enməsi fonunda elan edilən və davam etməkdə olan struktur islahatları həm, mövcud büdcə vəsaitlərinə qənaət edilməsi, həm də, idarəetmə və icrada paralelliyin aradan qaldırılması və bu sahədə çeviklik və optimallığın təmin edilməsi baxımından faydalıdır: 

“Bürokratiya və süründürməçiliyə rəvac verən və bir-birini təkrarlayan qurumların sayının məhdudlaşırılmasına yönəlik struktur islahatlarının aparılması, eləcə də lüzumsuz yükə çevrilən müəyyən sahələrin özəlləşdirilməsi büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi baxımından vacibdir”.

İclasda, bu ilin yayında Böyük Quruluş Partiyasının növbəti – V Qurultayının keçirilməsi haqqında qərar qəbul edilib və partiya Başqanı Fazil Mustafanın sədrliyi ilə 7 nəfərdən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.