XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 13:06

KXCP Ali Məclisində insident: iclasda məclis üzvünü döymək istəyiblər –Mirəlioğlu iddiaları cavabsız buraxdı

“KXCP- nin dünənki Ali Məclisin sessiyasına onun gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edib, döymək üçün ona hücum çəkiblər. Mirəlioğlu isə tərəfdarlarının cəbhəçi xanıma hücümünu məmnunluqla seyr edərək susub. Sədrə və ona hücum edənlərə sözünü deyən xanım məclisi tərk edib…”

Strateq.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, Nisəxanım Vəliyevanı cəzalandırmaq üçün Mirəlioğlunun Ali Məclisin sessiyasına dəvət etdiyi adamlardan biri (hücuma rəhbərlik edən- red.) nəinki Ali Məclisin, heç partiyanın da üzvü deyil: “Xeyli vaxtdır ki, Mirəlioğlunu və KXCP-ni təhqir edərək təşkilatdan gedib”.

Gülalıyev deyir ki, Vəliyeva xeyli vaxtdır Mirəlioğlunun yarıtmaz, partiyaya və xalqa zidd fəaliyyətini, hakimiyyətlə əməkdaşlığını kəskin tənqid edir: “Dünən Ali Məclisdəki insidentin səbəbi də bu olub… Görün, Mirəlioğlu nə günə qalıb ki, onu tənqid edənlərə cavab verməyə üzü yoxdur, cəsarəti çatmır. Digər tərəfdən, nə günə qalıb ki, vaxtı ilə onu təhqir edən adamla ittifaqa girib xanımların üstünə hücum çəkir…

Qurban Məmmədovun efirinə çıxan Mirmahmud Mirəlioğlu Azərbaycan xanımlarına müraciət edərək, onları birliyə çağırır. Amma partiyasının Ali Məclisinin üzvü xanımı təhqir etdirib onu döydürmək istəyir. Mən qeyri- səmimiliyin bu həddini, zirvəsini görməmişdim. Sonra da heç nə olmamış kimi çıxıb “Elçibəy mənəvi atamdır” deyərək  elçibəyçilikdən, demokratiyadan, qadın hüquqlarından danışacaq. Hələ üstəlik “anam, bacım” deyib xanımlara müraciət edəcək.

Mən Nisəxanım Vəliyevanı Mirəlioğlundan daha əqidəli, etibarlı, dürüst və təmiz adam hesab edirəm. O, seyiddən fərqli olaraq, yalançı elçibəyçilik etməyib…”.

Strateq.az-ın əməkdaşı məsələ ilə bağlı Mirmahmud Mirəlioğludan münasibət öyrənmək istəyib. Lakin o,  insidentlə bağlı danışmaq istəməyib.