XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2019 - 20:48

Türkiyə səfiri:"Viza rejiminin ləğvi xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcək"

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirib.

Diplomat jurnalistlərə açıqlamasında iki ölkə arasında viza rejiminin ləğvinin qardaşlıq münasibətlərinin təzahürü olduğunu vurğulayıb.

“Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi xalqlarımız arasında həm iqtisadi, həm də sosial əlaqələrin inkişafına xidmət edəcək. İki ölkə arasında gediş-gəlişlər asanlaşacaq. Doğrudur, indiyədək vizanın verilməsi asan idi. Amma viza rejiminin ləğvi həm də simvolik bir məna daşıyır. “Bir millət, iki dövlət” olaraq, xalqlarımızın bir-biri ilə əlaqələri daha da sıxlaşacaq. Bu qərar həm də turizmin inkişafına təkan verəcək, iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək. Bütün bunlar sentyabrın 1-dən meydana gələcək”, – deyə E.Özoral qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv ediləcək.

Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

Həmçinin Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib. (report)