XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2019 - 13:09

PAŞİNYAN İRAN MƏTBUATINA QARABAĞDAN DANIŞDI:“Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevə dedim ki..."

“İndi Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə nail olma yolları barədə fikirlərimizi ifadə edən formulumuz var. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla deeskalasiya formulunu açıq şəkildə bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün bölgədə təhlükəsizlik yaratmaq niyyətindəyik. Birincisi, ilk növbədə, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqı üçün məqbul bir formul ortaya qoymalıyıq”.

Strateq.az xəbər verir ki, bunu İranın “Etemad” qəzetinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Müsahibədə İranın digər KİV-ləri, o cümlədən “Donya-ye eqtesad” qəzeti və “IRNA” Xəbər Agentliyinin müxbirləri iştirak ediblər.

 

“Ermənistanda Qarabağ münaqişəsinin həlli üçün bir formul hazırlanıb”

Paşinyan müsahibəsinin davamında bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ikinci prinsip ondan ibarətdir ki, münaqişə dinc vasitələrlə və dialoq yolu ilə həll olunmalıdır. Mən ilk Ermənistan rəhbəriyəm ki, Dağlıq Qarabağ münaqişəsini müsbət yanaşma, üç tərəfin (Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ) 100%-lik iştirakı və hər üçünün də müsbət cavab verməsi şərtilə həllini təklif etmişəm. Vurğulamalı olduğum digər bir məqam budur ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həllində müəyyən rasionallıq və məntiq olmalıdır. Hər kəs həqiqətən bu vəziyyətdə mübahisəni həll etmək istəyirsə, əvvəllər qeyd etdiyim iki prinsipi nəzərə almalıdır. Bugünkü dünyada təqdim olunan həll yolu və ya bu həll prinsipləri tərəflərdən biri üçün qəbuledilməz və ya məqbul olmadığı təqdirdə, heç bir mübahisə istənilən səviyyədə nizamlana bilməz”.

Daha sonra Nikol Paşinyan bildirib: “Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin vahid formulla həlli ilə bağlı təkliflərimi bölüşdüm. Cənab Əliyevlə söhbətlərimdə ona dedim ki, əgər Azərbaycan, həqiqətən, məsələlərin həllinə çalışırsa və həll axtarışında dramatik bir prosesə başlamaq istəmirsə, Ermənistanda bu düsturun mətninə baxa bilər.

Təəssüf ki, Azərbaycan Respublikası mediada Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi formulla razılaşıb-razılaşmadığı və bu məsələ ilə bağlı ciddi danışıqlara başlamağa hazır olub-olmadığı barədə açıq fikir bildirməyib. Hər dəfə qarşı tərəf danışıqlar aparmağa hazır olduğunu bildirdikdə, münaqişənin həllində azca uğur əldə etdiyimizi iddia edə bilərik”.

 

“Türkiyə Ermənistanla münasibətlərini Ermənistan-Azərbaycan münaqişəsinə görə bərpa etmədi”

“Etemad” qəzetinə müsahibəsində Ermənistan baş naziri Türkiyə ilə münasibətlərə də toxunub: “Artıq bəyan edirəm ki, Ermənistan hökuməti Türkiyə hökuməti ilə diplomatik münasibətlər qurmağa hazırdır. Ancaq ön şərt olmadan. Məsələ burasındadır ki, qonşu dövlətin, yəni Türkiyənin Ermənistanla münasibətləriə Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən asılıdır. Biz Ermənistanın ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu elan etdikdə, bu, rəsmi İrəvanın erməni soyqırımına dair məsuliyyətin Türkiyəyə qəbul etdirmək hüququndan imtina etməsi deyil, əksinə, bu, onların erməni xalqına qarşı soyqırımı həyata keçirməsinin tanınması deməkdir. Beynəlxalq səviyyədə bu hadisəni dünyaya göstərməliyik və beynəlxalq birlik bunun təkrarlanmaması üçün əlindən gələni etməlidir. Erməni soyqırımı məsələsi Türkiyə ilə Ermənistan arasındakı fikir ayrılığı səviyyəsinə endirilməməlidir, çünki bu həm də beynəlxalq təhlükəsizlik məsələsidir”.

 

“Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz”

“Donya-ye eqtesad” qəzetinin “İrəvan ABŞ-ın təzyiqi fonunda İranla dostluq naminə nə qədər itkiyə hazırdır” sualına cavabda Nikol Paşinyan deyib:

“İran və Ermənistan qarşılıqlı iqtisadi öhdəliklər götürüb. Bu illər ərzində İran və Ermənistan arasında bir neçə ortaq layihələr icra olunub. Tehran və İrəvan arasında sanksiyalardan təsirlənməyən müştərək layihələrin icrası hazırda davam edir”.

Ermənistan baş naziri bildirib: “İran şirkətləri çox aktivdir, lakin sanksiyalar onlara mənfi təsir göstərir və onlar bu sanksiyaların təzyiqi altında işləyirlər. Əlbəttə, İran şirkətləri sanksiyaları bəyənmir və inciyirlər, amma dayanmır və işlərini davam etdirirlər”.

Nikol Paşinyan qeyd edib: “İran və ABŞ-la münasibətlər Ermənistan üçün vacibdir və biz bölgənin həssas mühitində bütün regional və beynəlxalq dostlarımız və tərəfdaşlarımızla işləməyə çalışırıq. İrəvan fərqli ölkələrlə bütün ticarət öhdəliklərinə əməl edir. Bu gün bölgə üçün çətin olan Ermənistanın siyasəti deyil, amma bu gün və sabah fərqli ölkələr qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək siyasətimiz çoxdan mövcuddur. Qeyd etməliyəm ki, Ermənistan heç vaxt anti-İran addımı atmayacaq. Ermənistan regional və ya transregional fərqlər barədə bütün ölkələr, o cümlədən İranla açıq şəkildə danışır. Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz”.

 

“Ümid edirəm ki, prezident Ruhani dəvətimi qəbul edəcək”

“İRNA” Xəbər Agentliyinin İranla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmə ilə bağlı planlar barədə sualına cavab olaraq, Ermənistan baş naziri bildirib:

“Planlarımız çoxdur, amma bu planların mediaya verilməməsinin səbəbi tərəflərin bu layihələr barədə hələ tam razılığa gəlməməsidir. Hazırda İran tərəfi ilə müzakirə etdiyimiz planlar və proqramlar var. Hər dəfə son nəticəyə gəldikdə, bu planları tezliklə icra etməyə səy göstəririk. Hazırda İranla qaz almaq layihələrinin razılaşdırılmasını davam etdiririk. İndi, təəssüf ki, bir müddət təxirə salınmış 3-cü xətt enerji layihəsini həyata keçiririk və onu mümkün olduqca ən qısa müddətdə istifadəyə verməyə çalışırıq.

Suala cavabda Paşinyan əlavə edib: “İki ölkənin, o cümlədən Avrasiya İttifaqı platformasında görüləsi çox işləri var. Ümid edirəm ki, prezident Həsən Ruhani mənim dəvətimi qəbul edəcək və Avrasiya İttifaqı platformasında iki ölkənin maraqları üçün vacib olan müxtəlif layihələr həyata keçirə biləcəyik”.

O bildirib: “Ermənistan Avrasiya İttifaqında İranla quru sərhədi olan yeganə ölkədir və fikrimcə, İran-Ermənistan yolu tranzit yolu kimi mühüm amildir. İran bu yolla mallarını Avrasiya ölkələrinə göndərə bilər”.