XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 13:03

Fuad Qəhrəmanlı həbsdə saxlandı – [color=red]Vəkildən açıqlama (Video)

fuad-00-1.jpg

Bu gün saat 15-də Nəsimi rayon məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi barədə vəkillər Fəxrəddin Mehdiyev, Yalçın İmanov və Nemət Kərimovun verdiyi şikayətə baxılıb.

Bu haqda mediaya açıqlama verən Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov bildirib ki, qaldırdıqları vəsatətlərin heç biri təmin edilməyib.

Hakim Babək Pənahovun sədrlik etdiyi prosesdə Fuad Qəhrəmanlının özü də iştirak edib.

Onu da qeyd edək ki, son günlər hakimiyyətin ölkədə getdikcə gərginləşən situasiyanı mürəkkəbləşdirməmək üçün yumşaldıcı tədbirlərə əl atacağını düşünən bəzi siyasətçilər bu arada daha ağır ittihamlarla həbs edilmiş Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun, həmçinin YAP-ın sabiq deputatı Eldar Sabiroğlunun oğlu, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin dəyişdirilməsi faktından çıxış edərək, Fuad Qəhrəmanlının da barəsindəki həbs qətimkan tədbirinin dəyişidirləcəyinə ümidli idilər. Ancaq Nəsimi rayon məhkəməsinin əvvəlki qərarı qüvvədə saxlamasından belə görünür ki, hakimiyyət hələ də cəmiyyəti "özününkülərə" və "özgələrə" bölmək siyasətindən əl çəkmək niyyətində deyil.

Xatırladaq ki, F.Qəhrəmanlı özünün facebook statuslarına görə, 2014-cü ilin 8 dekabrında həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.