XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2016 - 07:58

Sərdar Cəlaloğlu: [color=red]“Mən şəxsən Arif Hacılını dəvət etdim, amma gəlmədi”

serdar-1.jpg

"AXCP və Müsavat Partiyası bütün məsuliyyəti hakimiyyətin üzərinə atır. Hətta bəzi qüvvələr deyir ki, iqtisadi böhran nəticəsində qoy lap vətəndaş müharibəsi olsun, qırğın olsun, təki bu hakimiyyət cəzalansın. Bu, doğru yanaşma deyil”.

Bunu  açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. (APA)

O bildirib ki, hazırda ölkənin müxalifət partiyaları ilə birlikdə Azərbaycanda neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsi nəticəsində yaranan iqtisadi böhranla bağlı müzakirələr aparılır, çıxış yolları axtarılır: “Böhranın həm qlobal, həm də daxili səbəbləri var. Ölkənin bütövlüyünün, milli həmrəyliyinin saxlanması və böhrandan daha ağrısız çıxmaq hər bir vətəndaş kimi biz siyasətçiləri də narahat edir. Ona görə də müxalifət partiyaları ilə böhrandan çıxış yollarını müzakirə edirik və bu müzakirələr davamlı olacaq”.  

S.Cəlaloğlu müxalifətin müzakirələrinə AXCP və Müsavat Partiyası rəhbərliyinin qatılmamasına da münasibət bildirib. Onun sözlərinə görə, bu partiyalar da toplantıya dəvət edilib: “Mən şəxsən Arif Hacılını dəvət etdim, amma gəlmədi. Bütün hallarda bunun səbəbini özləri bilər. Ancaq deyə bilərəm ki, Azərbaycanda böhrandan çıxmaqla bağlı siyasi qüvvələrin mövqeyi eyni deyil. Bu qüvvələr bütün məsuliyyəti hakimiyyətin üzərinə atır. Müxalifət kənara çəkilib, hər şeyi iqtidarın üzərinə atsa, təhlükəli proseslər gedə bilər. Ona görə də biz hesab edirik ki, böhranla bağlı iqtidarla müzakirələr aparılmalı, təcili addımlar atılmalıdır”.