XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 10:17

Rusiya və İran Qarabağı müzakirə etdi – [color=red]Rəsmi

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin özünün iranlı həmkarı İbrahim Rəhimpurla Dağlıq Qarabağ konfliktini müzakirə ediblər. 

Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Nazirlik tərəflər arasında Dağlıq Qarabağla yanaşı, Mərkəzi Asiya və Ukrayna məsələlərinin də müzakirə olunduğunu bildirib. 

Qeyd edək ki, bundan öncə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Caber Ənsari Tehranın Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konflikti üzrə vasitəçiliyə hazır olduğunu bəyan edib.