“Paşinyanın Baş nazir postunu ələ keçirməsi rus tərəfinin xoşuna gəlməyib və buna görə də rus tərəfi bir gün əvvəl Paşinyandan qurtulmağa çalışıb”.
Bunu “Sasna Tsrer” partiyasının idarə heyətinin üzvü Jirayr Sefilyan deyib
Onun sözlərinə görə, ilk öncə Serj Sarkisyanın uzaqlaşdırılması və onun əvəzinə Karen Karapetyanın gətirilməsi planlaşdırılıb.
“Lakin bu, baş vermədi. O gündən başlayaraq əminəm ki, Kremlin bir gün əvvəl Nikoldan qurtulmaq qərarı var idi. Bu müddət ərzində isə Kreml onunla əlaqələr qurur. Lakin bütün bu cəhdlərin hamısı mənasızdır, çünki rus tərəfi əsrlər boyu bu ərazini özünün təyin etdiyi insanlar vasitəsilə idarə edib, lakin Paşinyan onların adamı deyil, onların ailəsindən deyil”, – deyə Sefilyan bildirib.
Sefilyanın fikrinə görə, bu müddət ərzində rus tərəfi Larsın bağlanması, elektrik enerjisinin kəsilməsi və s. kimi tədbirlər görüb.
“Bu, ölkəni sosial cəhətdən uğursuzluğa aparmaq cəhdləridir. O həddə çatmışıq ki, indi 5-ci sütün iş aparır. Əgər bu gün Köçəryan tərəfi bir neçə yüz adamı kənara çıxara bilirsə, o zaman sabah bir neçə min gənc xüsusi qonorar olmadan küçəyə çıxa bilər”, – deyə Sefilyan qeyd edib. /Ordu.az