XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2019 - 20:12

Tofiq Yaqublu Arif Hacılıya rəqib olacaq:"Müsavat başqanlığına namizədliyimi irəli sürəcəm"

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürəcək.

Strateq.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.

O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: “Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!”.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 12-də qurultay keçirəcəyini açıqlayıb.