XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 09:41

Milli Məclisin əmək və sosial siyasət komitəsi toplandı [color=red]- 1 yeni qanun hazırlanacaq, 3-nə dəyişiklik ediləcək

Yanvarın 28-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Azərtac xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli 2016-cı ilin yaz sessiyasında görüləcək işlər, hazırlanacaq qanun layihələri haqqında məlumat verib. O bildirib ki, yaz sessiyasında “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq.

Komitə sədri qeyd edib ki, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” mövcud Qanun qismən aktuallığını itirdiyindən “Əlillərin hüquqlarının müdafiəsi haqqında” yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.

Həmçinin turizm sahəsindəki yeniliklər, dövrün tələbi, turizm və istirahət sektorunda əmək tutumlu iş yerlərinin yaradılması bu sahədə yeni qanun layihəsinin hazırlanmasını zəruri edir.

Bildirilib ki, yaz sessiyasında bəzi sənədlərə, eyni zamanda, Əmək Məcəlləsinə, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna müvafiq dəyişikliklər ediləcək. Həmçinin “Qaçqın və köçkünlərin repatriasiyası haqqında” qanun layihəsi hazırlanacaq.

İclasda deputatlar komitənin qanunvericiliklə bağlı dinləmələrin keçirilməsi ənənəsinin bölgələrdə də reallaşdırılmasını təklif ediblər. Komitənin müxtəlif rayonlarda dinləmələr təşkil etməsinin, vətəndaşların rəy və təklifləri öyrənməsinin əhəmiyyəti vurğulanıb. Bunun həm hüquqi bazanın təkmilləşdirilməsinə, həm də yerlərdə müəyyən məsələlərin həllinə töhfə verəcəyi qeyd edilib.