XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 14:44

Deputat Rafael Hüseynov internetə nəzarəti artırmağı istəyir:"İnformasiya, söz azadlığı olsun, amma..."

“Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə – internet var. İntenetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır”. 

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov deyib.

O qeyd edib ki, intenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək olar: “Digər tərəfdən onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

Report