XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 10:16

“Bir qrup quldur var, yığışıb millətin başına min cür oyun açırlar” – [color=red]Deputatdan yardımlarla bağlı sərt açıqlama

"Ünvanlı sosial yardımın verilmə mexanizmi tam dəyişdiriləcək".

Strateq.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda parlamentin Əmək və Sosial Siyasət Komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 28-də keçirilən iclasında məlumat verilib.

Sözügedən Komitənin sədr müavini Rauf Əliyev bir müddət öncə Komitənin iclasında ünvanlı sosial yardımla bağlı məsələ qaldırdığını xatırladıb və əlavə edib ki, bundan sonra deputat seçildiyi Xəzər rayonunda yoxlama aparılıb, qanunsuzluq aşkarlanmayıb: 

"Bu məsələdə cox ciddi problemlər vardı. O zaman da bunu elə-belə qaldırmamışdım. Bir qrup quldur var, yığışıb millətin başına min cür oyun açırlar…

Ancaq cox sevindirici haldır ki, bizim rayonda ünvanlı sosial yardımın verilməsi ilə bağlı aparılan yoxlamada problem aşkarlanmadı, hər şey təmiz çıxdı, bununla belə istəyirəm ki, bu, bir rayonda yox, bütün respublikada olsun, ünvanlı sosial yardımların verilməsində tam şəffaflıq təmin olunsun, millətin cibinə girilməsin".

Sözügedən komitənin sədri Hadi Rəcəbli isə deyib ki, ümumiyyətlə, ünvanlı sosial yardımın verilmə mexanizminin tam yeniləşdirilməsinə ehtiyac var:

"Bu məsələdə şəffaflığı təmin etmək üçün elektron formaya keçilib, bu öz yerində. Ancaq bütövlükdə ünvanlılığı elə təmin etmək lazımdır ki, şəffaflıqdan kənara çıxılmasın. Mən bu məsələ ilə bağlı əmək və əhalinin sosial müdaifəsi naziri Səlim Müslümovla da tez-tez danışıram. Onlar da bu məsələdə tam şəffaflığın olmasında maraqlıdırlar və bu istiqamətdə də az iş görməyiblər.

Onu da nəzərinizə çatdırım ki, bizə daxil olan şikayət ərzilərinin 30 faizi bu məsələ ilə bağlıdır. Onların içərisində yalan, həqiqəti əks etdirməyənləri də var. Hətta, biri yalan yazdığına görə iş gedib məhkəməyə çıxıb. Ancaq hər halda bu məsələdə problemlər var.

Ona görə ünvanlı sosial yardımın verilmə mexanizmi dəyişdirilməlidir. Çox güman ki, yaxın zamanlıarda da bu mexanizm dəyişdirləcək. Ola bilsin ki, bu məsələ də parlament yoluyla deyil, Nazirlər Kabinetinin qərarı ilə reallaşdırılsın".