XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 23:27

Əflatun Amaşov Türkiyəyə səfər edib –Səbəb

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün bu gün Türkiyənin Giresun şəhərinə səfər edib.

Strateq.az xəbər verir ki, toplantıda “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması” mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək, komitənin növbəti iclasının yeri, vaxtı və gündəliyi müəyyənləşdiriləcək.