XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 11:03

“Hər bir siyasi partiya dialoqla bağlı təkliflərini irəli sürməlidir” – [color=red]YAP-dan müxalifətə cavab

“Dialoq məkanı həmişə açıqdır və iqtidar da həmişə dialoqa hazırdır”.

Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iqridar-müxalifət dialoqu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

S.Novruzov hesab edir ki, hər bir siyasi partiya öz təkliflərini irəli sürməlidir: “2015-ci ildə 4 dəfədən artıq belə dialoq keçirilib. 2016-cı il yeni başlayıb. Hər bir siyasi partiya dialoqla bağlı öz təkliflərini irəli sürməlidir”.

S.Novruzov bildirib ki, siyasi partiyalar tərəfindən irəli sürülən təkliflər toplanıb birlikdə müzakirə olunmalıdır:

“Təkliflərin ardıcıllığı müəyyən olunmalı və qaldırılan məsələlər üzrə müzakirələr aparılmalıdır”.

Trend.az