XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2019 - 15:40

Ərdoğan:“ABŞ-a iki həftə vaxt veririk”

“İki həftə ərzində ABŞ-la Suriyada təhlükəsiz bölgə yaradılması məsələsi gerçəkləşməsə, öz hərəkat planımızı həyata keçirəcəyik”.

Bunu Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan 2019-2020-ci tədris ilinin açılış mərasimində deyib.

Ərdoğan qeyd edib ki, bu müddətdə nəticə olmasa, lazımi addım atılacaq.

“Təhlükəsiz bölgəyə Türkiyə və Avropada yaşayan 3 milyonadək qaçqını yerləşdirmək mümkündür. Avropadan Fəratın şərqi məsələsində daha çox dəstək gözləyirik. Qarşıdakı aylarda baş verən proseslər Suriya məsələsinin gələcəyini müəyyənləşdirəcək”, – deyə Ərdoğan əlavə edib. /APA