Kremldə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Strateq.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Sammit Böyük Vətən Müharibəsində SSRİ-nin qazandığı Qələbənin 70 illiyinə həsr olunub.
Prezident Putin görüşü açaraq MDB dövlət başçılarını qələbənin tarixi irsini saxlanması üçün “hər şey etməyə”, ölkə liderlərini dini, irqi dözümsüzlük, nasist ideologiyasının dirçəldilməsinə imkan verməməyə çağırıb.