XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2019 - 14:33

XİN:"Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir"

Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəyişməz olaraq dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Nazirlik bildirib ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisinə, o cümlədən işğal altındakı ətraf rayonlara səfər etmək niyyətində olan Ukrayna vətəndaşları Azərbaycanın qanunvericiliyini rəhbər tutmalıdır.