XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2019 - 18:29

Slovakiyanın Azərbaycanda səfirliyi açılıb –XİN-də görüş

Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib.

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanan notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada bildirilib ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.