XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 21:49

YAP-dan Rəfael Cəbrayılovla bağlı kəskin açıqlama:"Vəsiqənin girov qoyulması mənəviyyatsızlıqdır"

“Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, – deyə H. Paşayev qeyd edib/APA.

Xatırladaq ki, bu gün MSK-nın qərarı ilə R.Cəbrayılovun mandatına xitam verilib.