XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 11:51

Türkiyə səfiri:"Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir"

“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir: “Bununla mübarizə aparmaq üçün həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə mübarizə aparır. Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”. (apa)